Əsas məzmuna keç

ABŞ Yaxın Şərqdə hərbi gücünü artırdı: 3 aviadaşıyıcı gəldi

ABŞ Yaxın Şərqdə hərbi gücünü artırdı: 3 aviadaşıyıcı gəldi

Vaşinqton CENTCOM-un zonasında USS George HW Bush və digər nüvə gəmilərini cəmlədi. Tomahawk raketləri ilə silahlanmış esmineslər regionda hansı missiyanı icra edəcək?

en ru

Yaxın Şərqdə hərbi dəniz qüvvələrini gücləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı () məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus enerjili təyyarədaşıyan "USS George HW Bush" və onun rəhbərlik etdiyi zərbə qrupu aprelin 23-də Yaxın Şərqdə yerləşən dəniz qüvvələrini gücləndirmək üçün bölgəyə gəlib.

Qeyd olunub ki, X platformasında yayılan məlumatda gəminin Hind okeanında, CENTCOM-un məsuliyyət zonasında yerləşdiyi göstərilib.

Məlumata görə, qrupun tərkibinə 1600 kilometr mənzilli “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş "Mason", " Cook" və "Ross" esminetsləri də daxildir.

Açıqlamada bildirilir ki, bu qüvvələrin əlavə olunması ilə Yaxın Şərqdə ABŞ-ın üç aviadaşıyıcı zərbə qrupu mövcud olub.

CENTCOM-un məlumatına görə, "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi və onun müşayiət etdiyi 16 hərbi gəmi hazırda Ərəbistan dənizində döyüş növbətçiliyindədir.

Həmçinin "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin Qırmızı dənizdə yerləşdiyi və müşayiətçi esmineslərlə birlikdə fəaliyyət göstərdiyi qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…