Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İrana qarşı yeni əməliyyatı “Epik Qəzəb” adlandırıldı

1 dəq
Paylaş:
ABŞ-nin İrana qarşı yeni əməliyyatı “Epik Qəzəb” adlandırıldı

ABŞ İrana qarşı həyata keçirilən yeni hücumun rəsmi elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Pentaqonun "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılan bəyanatda əməliyyatın (Epic Fury) adlandırıldığı bildirilib.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail hərbi qüvvələri Tehran başda olmaqla, İranın bir neçə strateji şəhərindəki hədəflərə zərbələr endirib.

Məlumata görə, partlayışlar əsasən hərbi və inzibati obyektlərin yaxınlığında qeydə alınıb.

Vaşinqton və Təl-Əviv rəsmiləri bu əməliyyatın əsas məqsədinin İranda mövcud rəhbərliyin dəyişdirilməsi olduğunu bəyan ediblər.

ABŞ Prezidenti genişmiqyaslı hərbi əməliyyatın başladığını təsdiqləyib.

Hazırda bölgədə gərginlik pik həddədir və hərbi əməliyyatların davam etdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax