Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Heqset İrandakı risklər barədə xəbərdarlıq etdi

3 dəq
Paylaş:
Heqset İrandakı risklər barədə xəbərdarlıq etdi

ABŞ-nin yüksək rütbəli hərbi rəhbərləri müharibə naziri Pit Heqsetə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların uzadılmamasını tövsiyə ediblər.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “The Washington Post” nəşrinin rəhbərliyi üçün hazırlanmış məxfi sənədlərə istinadən yaydığı məlumata görə, belə addımlar ABŞ-nin digər regionlardakı təhdidlərə qarşı mübarizə qabiliyyətini zəiflədə bilər.

Qəzetin yazdığına görə, , donanması və hərbi-hava qüvvələrinin rəhbərləri, eləcə də Avropa, Asiya və Latın Amerikasındakı əməliyyatlara cavabdeh komandanlar narahatlıqlarını Heqsetə çatdırıblar.

Bu xəbərdarlıqlar avqustun 14-də hazırlanmış “Müdafiə nazirinin əmrlər kitabı”nda da öz əksini tapıb.

Heqsetin mətbuat katibi Şon Parnell isə bildirib ki, qoşunların cəlb olunduğu əməliyyatların miqyası və müddəti ilə bağlı qərarlar mövcud təhdid qiymətləndirmələri, prezidentin strateji prioritetləri və Qərargah Rəisləri Komitəsinin tövsiyələri əsasında qəbul edilir.

Mənbələr qeyd edir ki, Avropa, Sakit Okean və Cənub komandanlıqlarının rəhbərləri İrana qarşı münaqişəyə dəstək məqsədilə qüvvələrin yenidən yerləşdirilməsi əmri ilə razılaşmırlar.

Bildirilib ki, bu bölmələrin gəmi, təyyarə və digər avadanlıqlardan məhrum edilməsi onların mövcud missiyalarını yerinə yetirmək imkanlarını məhdudlaşdırır.

Xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələrinin münaqişənin nə vaxt başa çatacağı məlum olmadığı halda, hazırkı dəstək səviyyəsini saxlamaqda çətinlik çəkdiyi vurğulanıb.

Hərbi-dəniz qüvvələrinin rəhbəri admiral Deril Kodl vəziyyəti daha kəskin qiymətləndirib. O, ABŞ donanmasının esmineslərinin yalnız dörddə birinin döyüşə hazır olduğunu bildirib.

Kodlun sözlərinə görə, mövcud tələblər dəyişməz qalarsa, bu vəziyyət digər potensial münaqişələr zamanı donanmanın döyüş hazırlığını ciddi təhlükə altına qoya bilər.

Yüksək rütbəli hərbi rəhbərlər hesab edirlər ki, İrandakı artıq həddindən artıq genişlənib və uzanıb.

Tehran üzərində hərbi təzyiqi davam etdirməkdə israrlı olsa da, hərbçilər bu siyasətin ABŞ-nin digər regionlardakı mövqelərini, xüsusilə Çin qarşısında Sakit Okean hövzəsində zəiflədə biləcəyini vurğulayırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə