Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracı mart ayında tarixi zirvəyə çatıb

2 dəq
Paylaş:
ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracı mart ayında tarixi zirvəyə çatıb

ABŞ Energetika Nazirliyinin açıqladığı aylıq hesabatda 2026-cı ilin mart ayı ərzində qaz (LNG) ixracının çatdığı bildirilib. Məlumata əsasən, sözügedən dövrdə həcmi 573,5 milyard kub fut (16,2 milyard kubmetr) təşkil edib. Bu rəqəm fevral ayı ilə müqayisədə 16 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 25 faiz artım deməkdir.

Rekord göstəriciyə nail olunmasında aşağıdakı amillər həlledici rol oynayıb:

  • "Venture Global" şirkətinin Luizianadakı "Plaquemines" zavodunun genişləndirilməsi;
  • "Sabine Pass" və "Corpus Christi" terminalları vasitəsilə daşınmaların artırılması.

Mart ayı ərzində dünya bazarlarına ümumilikdə 188 LNG tankeri göndərilib. İxracın əsas istiqaməti olan Avropa bazarı ümumi həcmin 62 faizini təşkil edib. Fransa, Niderland, Misir, İspaniya və İtaliya ABŞ-nin ən böyük idxalçıları olaraq ümumi tədarükün 48,4 faizini alıblar.

Asiya istiqamətində də ixrac göstəriciləri artıb: fevral ayında 14,5 faiz olan pay, mart ayında 24,4 faizə yüksəlib. Mütəxəssislər bu artımı Yaxın Şərqdəki böhran və Qətər ilə BƏƏ-dən LNG daşımalarının azalması ilə əlaqələndirirlər. Qalan LNG həcmləri isə Afrika və Latın Amerikası ölkələrinə çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax