ABŞ İrana qarşı tarixinin ən böyük maliyyə hücumlarından birini həyata keçirdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ Xəzinədarlıq naziri Skott Bessent Donald Tramp administrasiyasının İranın hərbi potensialına və nüvə proqramına ciddi zərbə vurduğunu iddia edib.
Bessent bildirib ki, Vaşinqton Tehranla qarşıdurmanın həlledici mərhələsinə keçib və “son oyun” başlayıb.
Nazirin sözlərinə görə, ABŞ-nin məqsədi İran hakimiyyətini iqtisadi baxımdan tam təcrid etmək və rejimi ayaqda saxlayan maliyyə imkanlarını məhdudlaşdırmaqdır.
Bessent xəbərdarlıq edib ki, İranın ABŞ sanksiyalarına müqavimət göstərmək cəhdləri ağır nəticələrə səbəb ola bilər.