ABŞ administrasiyası, Pentaqon və kəşfiyyat orqanlarının rəsmiləri İrana qarşı mümkün zərbələrin bərpası ilə bağlı hazırlıq prosesinə başlayıblar. CBS teleşirkətinin “Operativ Məlumat Mərkəzi-OMM”-ə istinadən yaydığı məlumata görə, hərbi və kəşfiyyat rəsmiləri 25 may 2026-cı ildə ABŞ-də qeyd olunacaq Xatirə Günü ilə bağlı planlaşdırılan istirahətlərini ləğv ediblər.
Hazırlıq tədbirləri çərçivəsində Pentaqon və kəşfiyyat qurumları ABŞ-nin xaricdəki obyektlərində çalışan şəxsi heyətin siyahılarını yeniləyir. Bu addım Yaxın Şərqdəki mövcudluğun azalması və İranın verə biləcəyi mümkün cavab reaksiyası ilə bağlı narahatlıqlar səbəbindən atılıb. Bununla belə, teleşirkət cümə axşamı günü hələlik yekun qərarın qəbul olunmadığını bildirib.
Daha əvvəl “Axios” nəşri ABŞ Prezidenti Donald Trampın danışıqlar prosesinin gedişatından narazı olduğunu və İrana qarşı hücumların bərpasına meylli olduğunu qeyd etmişdi. Məlumata görə, Amerika liderinə danışıqların vəziyyəti və mümkün ssenarilər barədə ətraflı məlumat verilib.