Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ İranın hücum PUA-larını məhv etdiyini açıqlayıb

2 dəq
Paylaş:
ABŞ İranın hücum PUA-larını məhv etdiyini açıqlayıb

ABŞ Mərkəzi Komandanlığı () hesabında yaydığı məlumatda İranın Hürmüz boğazından keçən ticarət gəmilərini hədəf almaq üçün çox sayda biristiqamətli hücum PUA-sı buraxdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ qüvvələri son saatlar ərzində bu pilotsuz uçuş aparatlarının hamısını zərərsizləşdirib.

Hadisə nəticəsində boğazdakı gəmi hərəkəti hər hansı maneə ilə qarşılaşmayıb. CENTCOM-un bəyanatında ticarət dəhlizinin keçid üçün açıq qalmağa davam etdiyi qeyd olunub.

Bölgədə davam etsə də, Vaşinqton və Tehran arasında diplomatik təmaslar da diqqət mərkəzindədir.

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl İranla razılaşmanın tamamlanmaq üzrə olduğunu və yekun mətn üzərində işlərin davam etdiyini bildirmişdi.

Pakistanın Şahbaz Şərif də tərəflər arasındakı danışıqları şərh edərkən, sülhün heç vaxt bu qədər yaxın olmadığını qeyd etmişdi. Lakin diplomatik səylərə baxmayaraq, regionda hərbi vəziyyət hələ də gərgin olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax