Əsas məzmuna keç

Filippin zəlzələsi: Ölənlərin sayı 61-ə çatdı

Filippin zəlzələsi: Ölənlərin sayı 61-ə çatdı

Sarangani əyalətini sarsıdan güclü zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb, itkin düşənlərin axtarışları davam edir.

ru en

Filippində iyunun 8-də 7,8 bal gücündəki dağıdıcı zəlzələnin fəsadları ağır olaraq qalır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Sivil Müdafiə Bürosunun (OCD) yaydığı son məlumata görə, nəticəsində həyatını itirənlərin sayı 61 nəfərə çatıb.

Rəsmi rəqəmlərə əsasən, zəlzələ zamanı 1221 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bununla yanaşı, 33 nəfərin taleyi hələ də məlum deyil və onların tapılması istiqamətində xilasetmə işləri davam etdirilir.

Yerli hakimiyyət orqanları dağıntılar altında qalanların axtarışını sürətləndirib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) təqdim etdiyi texniki göstəricilərə görə, yeraltı təkanlar Sarangani əyalətinin Soccsksargen bölgəsindəki Kablalan rayonundan 26 cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 55,2 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Filippin "Pasifik Ateş " adlanan seysmik və vulkanik aktivliyin yüksək olduğu zonada yerləşdiyi üçün burada güclü zəlzələlər tez-tez müşahidə olunur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…