"İranla mübarizədə Vaşinqtonun əlində olan ən effektiv vasitə iqtisadi təzyiqdir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
Onun sözlərinə görə, ABŞ hazırda İranla bağlı yeni mərhələyə keçib və əsas diqqəti iqtisadi təzyiqə yönəldib.
“Ən effektiv vasitəmiz onlara göstərə biləcəyimiz iqtisadi təzyiqdir. Bu, həssas məsələdir, çünki biz İrana iqtisadi təzyiq göstərsək, onlar da bizə iqtisadi təzyiq göstərməyə çalışacaqlar”, - -Vens bildirib.
ABŞ vitse-prezidenti son iki həftənin İranın ABŞ-dən daha ciddi təzyiq altında olduğunu göstərdiyini vurğulayıb.
O qeyd edib ki, Vaşinqton bu siyasəti davam etdirəcək və bunun əsas məqsədi İranın nüvə silahına sahib olmamasını təmin etməkdir.
Vensin sözlərinə görə, İranın nüvə obyektləri artıq məhv edilib.
Vitse-prezident eyni zamanda İranla bağlı vəziyyətin enerji bazarlarına təsir etdiyini etiraf edib. O bildirib ki, neftin qiyməti artıb və bu, ABŞ-də yanacaqdoldurma məntəqələrində hiss olunur. Bununla belə, qiymətlərin əvvəlki pik göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşdüyünü deyib.
Vens İranın ticarət gəmilərinə hücumlarına baxmayaraq, ABŞ-nin Hörmüz boğazından kifayət qədər neft və qaz tədarükünü təmin edə bildiyini bildirib.
Onun sözlərinə görə, Tehran boğazın fəaliyyətini məhdudlaşdırmağa çalışır və Vaşinqtonun əsas vəzifələrindən biri enerji təchizatını təmin etməklə yanacaq qiymətlərinin amerikalılar üçün aşağı salınmasına nail olmaqdır.