ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu ölkənin yeni rəhbəri kimi dəstəklədiklərini bəyan ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri məlumat yayıb.
Konqresmen Mayk Louler Maçadonun Venesuelanı yeni inkişaf mərhələsinə çıxaracaq potensiala sahib olduğunu vurğulayıb:
"O, Venesuelanı yeni səviyyəyə qaldırmalı olan liderdir. Ölkədə qısa müddət ərzində demokratik keçid və seçkilər baş tutmalıdır", - deyə konqresmen bildirib.
Məlumata görə, Kapitolidə keçirilən qapalı görüşdən sonra konqresmen Maykl Makkol da Maçadonun ölkəyə rəhbərlik etmək üçün bütün lazımi keyfiyyətlərə sahib olduğunu təsdiqləyib.
Xatırladaq ki, hazırda Venesuelada siyasi rəqabət yeni müstəviyə keçib. Mariya Korina Maçado və Delis Rodriqes ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəğbətini qazanmaq uğrunda mübarizə aparırlar. Hər iki siyasətçi keçid dövründə Venesuelanı idarə etmək üçün ən uyğun namizəd olduqlarına Trampı inandırmağa çalışır.