Ermənistanda olan ABŞ-nin "AECOM" mühəndis-konsaltinq şirkətinin nümayəndələri "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsi çərçivəsində ərazinin tədqiqinə başlayıblar.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir.
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla görüş zamanı şirkət nümayəndələri layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı işin əsas istiqamətlərini, eləcə də tədqiqatın gözlənilən nəticələrini təqdim ediblər.
Xatırladaq ki, ötən gün M.Qriqoryan İrəvanda Dövlət Departamenti və İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının nümayəndələrinin daxil olduğu ABŞ nümayəndə heyəti ilə də görüş keçirib. Tərəflər TRIPP layihəsinin icrası gedişatını müzakirə ediblər.