Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi artıb

2 dəq
Paylaş:
ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi artıb

ABŞ və Ukrayna arasında məlumatlarının mübadiləsi yenidən əvvəlki yüksək səviyyəyə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "" nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna üzrə ixtisaslaşmış ekspertlər və Kiyev arasında kəşfiyyat sahəsində əməkdaşlığın yenidən aktiv mərhələyə daxil olduğunu bildiriblər. ABŞ senatoru Mark Uorner də iki ölkə arasında qarşılıqlı fəaliyyətin yaxşılaşdığına dair əlamətlərin müşahidə olunduğunu təsdiqləyib. O, təfərrüatları açıqlamasa da, prosesin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıb.

Digər tərəfdən, Rusiya tərəfi bu əməkdaşlığa sərt reaksiya verib. Rusiya Dövlət Dumasının komitəsinin sədr müavini Aleksey Çepa iddia edib ki, Rusiya ərazisindəki mülki hədəflərə endirilən zərbələr Qərbin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında həyata keçirilir. O, baş verən hücumlara görə məsuliyyətin yalnız Kiyevin deyil, həm də kəşfiyyat dəstəyi göstərən tərəflərin üzərində olduğunu bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax