Əsas məzmuna keç

ABŞ Ukrayna üzrə Cenevrə danışıqlarından nikbinlik gözləyir

ABŞ Ukrayna üzrə Cenevrə danışıqlarından nikbinlik gözləyir

Vaşinqton Ukraynadakı münaqişənin həlli ilə bağlı ümidlərini ifadə edib, Rusiya tərəfi isə danışıqların qapalı keçəcəyini bildirib.

en ru

Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin diplomatik yolla həllinə dair nikbinliyini qoruyur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "CNN" telekanalının müxbiri Heyli Britzki hökumət nümayəndəsinə istinadən özünün "X" hesabında paylaşıb.

Mənbənin sözlərinə görə, Cenevrədə keçiriləcək görüşlərdən müsbət nəticələr gözləyir:

"Biz nikbinliyimizi qoruyuruq və münaqişənin tezliklə həllini səbirsizliklə gözləyirik".

Digər tərəfdən, Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı fərqli mövqe nümayiş etdirib.

O, bu gün Cenevrədə keçirilən müzakirələrdən hər hansı mühüm xəbərin gözlənilmədiyini vurğulayıb.

Peskov əlavə edib ki, üçtərəfli danışıqlar mətbuat üçün qapalı rejimdə baş tutacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…