İranın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidentinin təhdidlərini rədd edib və Donald Trampın ritorikasının Amerikanın Qərbi Asiya bölgəsindəki uğursuzluqlarını kompensasiya edə bilməyəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə məlumatı "Tasnim" yayıb.
Zülfüqari bazar ertəsi gecəsi verdiyi açıqlamada SEPAH-ın “Əsl Vəd 4” əməliyyatı çərçivəsində Amerika və İsrailin komanda, əməliyyat, logistika və sənaye-hərbi infrastruktur bazalarına qarşı 98-ci hücum dalğasını həyata keçirdiyini bildirib.
O qeyd edib ki, əməliyyat zamanı İsrailin SDN 7 konteyner gəmisi və ABŞ-a məxsus LHA-7 amfibiya hücum gəmisi də vurulub, Təl-Əviv, Hayfa, Beer-Şeva və Petah Tikvadakı strateji mərkəzlər isə ballistik raketlərlə dəqiq hədəfə alınıb.
Zülfüqari həmçinin BƏƏ, Küveyt və Bağdaddakı ABŞ bazalarının dron və raket zərbələri ilə vurulduğunu, eləcə də İran ordusunun müxtəlif pilotsuz təyyarələrdən istifadə edərək düşmənin regiondakı əməliyyat mərkəzlərinə zərbələr endirdiyini bildirib.
Sözçü əlavə edib ki, ABŞ-nin təhdidləri İslam döyüşçülərinin əməliyyatlarına təsir göstərmir və Amerikanın Qərbi Asiya bölgəsindəki uğursuzluqlarını kompensasiya edə bilməyəcək.