Əsas məzmuna keç

SEPAH: ABŞ Hörmüzdə məqsədinə çata bilmədi

SEPAH: ABŞ Hörmüzdə məqsədinə çata bilmədi

Yadullah Cəvani Vaşinqtonun İran planlarının iflas etdiyini dedi. Donald Tramp Hörmüz boğazında niyə uğursuz oldu? Tehranın Ağ Evə qarşı bəyanatının detalları...

en ru

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüksək rütbəli komandirlərindən biri ABŞ-nin İrana qarşı 40 günlük “təcavüz müharibəsi” zamanı və ondan sonra bütün imkanlarını səfərbər etməsinə baxmayaraq, boğazı ilə bağlı məqsədlərinə çata bilmədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə SEPAH-ın siyasi məsələlər üzrə komandan müavini general açıqlama verib.

O qeyd edib ki, ABŞ İrana qarşı qarşıdurmada bütün gücünü səfərbər etsə də, sonda uğursuzluqla üzləşəcək.

Cəvani bildirib ki, Trump üçün əsas problem Hörmüz boğazının yenidən açılması məsələsidir və Vaşinqton bu məqsədə çatmaq üçün cəhd etsə də nəticə əldə edə bilməyib.

O əlavə edib ki, 28 fevraldan əvvəlki vəziyyətə qayıtmağa və ya mövcud vəziyyəti dəyişməyə qadir deyil.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…