ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda anlaşma memorandumunun imzalanması mərasimində bir araya gələcəklər. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı rəsmi bəyanatda məlumat verilib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in çatdırdığı məlumata görə, tərəflər arasında imzalanacaq sənəd iki ölkə arasındakı əməkdaşlığı əhatə edir. Dövlət Departamentinin açıqlamasında qeyd olunub ki, dövlət katibi Marko Rubio İrəvanda keçiriləcək mərasimdə şəxsən iştirak edəcək.