ABŞ və Ermənistan arasında Strateji Əməkdaşlıq Nizamnaməsi və iki digər mühüm sənəd imzalanıb. Ermənistan mediasına istinadən verilən məlumata görə, imzalanan sənədlər sırasına TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişi, həmçinin mineralların və nadir qazıntıların tədarükünün təmin edilməsi üzrə çərçivə planı daxildir.
Sözügedən sənədlər ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən İrəvanda rəsmiləşdirilib. Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio hazırda Ermənistanda səfərdədir.