Əsas məzmuna keç

Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolu xəttinin istifadəyə verildiyini bəyan edib

Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolu xəttinin istifadəyə verildiyini bəyan edib

Ermənistanın Baş naziri sözügedən marşrutun və Azərbaycan dəmir yollarının ölkəsinin idxal-ixrac əməliyyatları üçün açıldığını bildirib.

en ru

Ermənistanın Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması ilə bağlı məlumat yayıb. O, bu barədə özünün hesabında paylaşım edib.

Paşinyan qeyd edib ki, Axalkalaki-Qars dəmir yolu, eləcə də dəmir yolu xətləri artıq Ermənistanın ixrac və idxal imkanları üçün açıqdır. bunu ölkəsinin iqtisadiyyatı üçün əhəmiyyətli hadisə kimi qiymətləndirərək, Türkiyə və Gürcüstandakı tərəfdaşlara təşəkkürünü bildirib.

Hökumət başçısı hazırda Ermənistanın Gürcüstan və Azərbaycan əraziləri vasitəsilə Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstan üzərindən Çinlə dəmir yolu əlaqəsinin olduğunu xatırladıb. İndi bu marşrutlara Gürcüstan və Türkiyədən keçməklə Avropa İttifaqına çıxışı təmin edən yeni istiqamət də əlavə olunub.

Bundan başqa, Paşinyan yaxın gələcəkdə bir sıra yeni layihələrin icrasının gözlənildiyini vurğulayıb:

  • Ermənistanla Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin bərpası;
  • Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin işə salınması;
  • Naxçıvan vasitəsilə Ermənistanla İran arasında dəmir yolu əlaqəsinin təmin edilməsi.

Baş nazir qeyd edib ki, "TRIPP" layihəsinin reallaşması ilə bu əlaqələrinin yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.

Qatar cədvəli

16:45 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…