Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qrenlandiyaya maliyyə ayrıldığını açıqlayacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, AK sədri sentyabrın 6-da, bazar günü Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfəri zamanı Qrenlandiyaya 2026-2027-ci illər üçün 200 milyon avro həcmində maliyyə ayrıldığını açıqlayacaq.
Mənbələrdən birinin sözlərinə görə, vəsait kritik xammal materiallarına, bərpa olunan enerji mənbələrinə, sualtı kabellərə, peyk rabitəsinə və məlumat mərkəzlərinə investisiya yatırılması üçün istifadə olunacaq.
Vəsaitin bir hissəsi isə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Qrenlandiya hökumətinə ayrılacaq.
Avropa Komissiyasının sədri, həmçinin Avropa İttifaqı ilə Qrenlandiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bəyannamə imzalayacaq.