Əsas məzmuna keç

Ursula fon der Lyayen Ermənistana səfər edəcək

Ursula fon der Lyayen Ermənistana səfər edəcək

Avropa Komissiyasının rəhbəri İrəvana səfəri ilə rəsmi Brüsselin Ermənistana olan dəstəyini bir daha vurğulamağı hədəfləyir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Avropa Komissiyasının sədri Ursula fon der gələn həftə Ermənistana rəsmi səfər etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Politico" nəşrinə istinadən xəbər verir ki, səfər zamanı onu genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos müşayiət edəcək.

İlkin planlara əsasən, səfərin iyulun 1-nə təyin olunması nəzərdə tutulsa da, tarixlə bağlı yekun qərar hələlik rəsmiləşdirilməyib.

Avropa İttifaqı rəsmiləri bu səfəri rəsmi İrəvana göstərilən siyasi və iqtisadi dəstəyin davamı kimi qiymətləndirirlər.

Mənbələrdən biri bildirib ki, bu artıq atılmış konkret addımlarla yanaşı, Ermənistana verilən güclü dəstək mesajı olacaq.

Bu, Ursula fon der Lyayenin Avropa Komissiyasının rəhbəri kimi Ermənistana ikinci səfəri olacaq. O, ilk dəfə bu ilin may ayında İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edib. Həmin tədbirdən sonra ilk dəfə "Aİ-Ermənistan" forumu təşkil olunmuşdu.

Qeyd edək ki, rəsmi Brüssel Ermənistanın ixracatçılarının üzləşdiyi çətinliklər fonunda ölkəyə 34 milyon avro məbləğində dəstək paketi ayıracağını elan edib. Bu addım Rusiyanın erməni kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə birbaşa bağlıdır:

  • May ayından etibarən "Rosselxoznadzor" Ermənistandan gələn məhsullara mərhələli şəkildə qadağalar tətbiq edir.
  • Məhdudiyyətlər balıq emalı müəssisələri, çiçəklər, tərəvəzlər və giləmeyvələri əhatə edib.
  • İyunun 2-dən etibarən meyvə və üzüm, iyunun 12-dən isə konservləşdirilmiş məhsullar istisna olmaqla, demək olar ki, bütün bitki mənşəli məhsulların idxalı dayandırılıb.

tərəfi bu qərarı fitosanitar təhlükəsizlik qaydalarının pozulması ilə əsaslandırsa da, Ermənistanın kənd təsərrüfatı məhsullarının ixrac bazarının 90%-dən çoxunun məhz Rusiya olduğu nəzərə alınarsa, bu qadağalar İrəvan üçün ciddi iqtisadi təzyiq vasitəsi hesab olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…