Əsas məzmuna keç

"Ural Hava Yolları"na məxsus təyyarə həyəcan siqnalı verib, Həştərxana təcili eniş edib

"Ural Hava Yolları"na məxsus təyyarə həyəcan siqnalı verib, Həştərxana təcili eniş edib

“ Hava Yolları”na məxsus A321 sərnişin təyyarəsi Moskva–Soçi reysi üzrə uçuş zamanı Həştərxan şəhərindəki ehtiyat hava limanına təcili edib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-lərinə istinadən xəbər verir ki, Aviaşirkətin yaydığı rəsmi məlumata görə, uçuş zamanı bort sistemlərindən biri təhlükəsizliklə bağlı siqnal verib və bu, uçuşun davam etdirilməsinə imkan verməyib.

Nəticədə ekipaj ehtiyat tədbiri olaraq kursu dəyişərək Həştərxana enmək qərarına gəlib.

Təyyarə uğurla yerə enib, sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

"Ural Hava Yolları"na məxsus təyyarə göydə təcili vəziyyət siqnalı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Ural Hava Yolları”na məxsus Airbus A321 tipli sərnişin təyyarəsi Moskva–Soçi reysini yerinə yetirərkən təcili vəziyyət siqnalı – 7700 kodu ötürüb.

Bu kod təyyarədə ciddi hadisənin baş verdiyini göstərir.

“Flightradar” xidməti vasitəsilə əldə olunan ilkin məlumatlara görə, təyyarə təxminən 10 000 metr yüksəklikdə olduqda sürəti 280 km/saat olub ki, bu da normadan xeyli aşağıdır. Bununla belə, bəzən xidmətin təqdim etdiyi texniki göstəricilərdə qeyri-dəqiqlik müşahidə oluna bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…