Böyük Britaniyada keçmiş şahzadə Endryu ilə qalmaqallı maliyyəçi "Jeffrey Epstein" arasındakı əlaqələri araşdıran müstəntiqlər ciddi maneə ilə qarşılaşıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" The Times" nəşrinə istinadən xəbər verir ki, bir çox mühüm sənədlər saxlama müddəti bitdiyi üçün məhv edilib.
Söhbət təxminən 20 il əvvəl baş tutmuş və Jeffrey Epsteinin ətrafı ilə Böyük Britaniyaya səfərlərini əks etdirən uçuş məlumatlarından gedir.
Kral III Karlın qardaşı olan keçmiş şahzadə Endryunun maliyyəçi ilə görüşlərə hərbi təyyarələrlə getdiyi ehtimal olunur. Lakin Kral Hərbi Hava Qüvvələri sərnişin siyahılarını yalnız üç ay saxlayır, daha sonra isə bu məlumatlar silinir. Bu səbəbdən şübhəlilərin hərəkət trayektoriyasını tam bərpa etmək artıq qeyri-mümkündür.
Qeyd edək ki, fevralın 19-da keçmiş şahzadə Endryu Norfolk qraflığındakı "Sandringham" malikanəsində həbs edilib. 2025-ci ilin oktyabrında o, bütün titullarından məhrum edilib. Hazırda kralın qardaşı dövlət qulluğunda qeyri-münasib davranışda ittiham olunur və onu ömürlük həbs cəzası gözləyə bilər.