BMT-nin Uşaq Fondu (UNİCEF) oktyabrın 7-dən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında 20 min uşağın doğulduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qəzzada zolağında hamilə qadınların və yeni doğulmuş uşaqların vəziyyətinin "inanılmaz" olduğunu vurğulayan rəsmilər, onlar üçün təcili və intensiv hərəkətə ehtiyac olduğunu bildirib.
"Hamilə və süd verən analar və onların körpələri qeyri-insani şəraitdə və müvəqqəti sığınacaqlarda yaşayırlar. Bu insanlar pis qidalanır və təmiz suya çıxışı yoxdur. Bu, iki yaşından aşağı təxminən 135 min uşağı qida çatışmazlığı riski ilə üz-üzə qoyur",- deyə məlumatda qeyd olunub.