BMT-nin inkişaf üzrə rəhbəri Aleksandr De Kru İran müharibəsinin qlobal təsirlərinə dair açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yaylb.
Bildirilib ki, o, mövcud vəziyyətin nəticəsində 30 milyondan çox insanın yenidən yoxsulluğa düşə biləcəyini qeyd edib.
De Kru vurğulayıb ki, xüsusilə fermerlərin əkin mövsümünə başlaması fonunda yanacaq və gübrə təchizatında yaranan fasilələr vəziyyəti daha da ağırlaşdırır.
“Qida çatışmazlığı bir neçə ay ərzində ən yüksək həddə çatacaq və bununla bağlı edə biləcəyiniz çox şey yoxdur”, – deyə o bildirib.
Qeyd olunub ki, ekspertlər mövcud böhranın qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə biləcəyini istisna etmirlər.