Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov OPEC+ çərçivəsində neft hasilatının həcmini dəyişdirməklə bağlı hazırda gündəmdə heç bir təşəbbüsün olmadığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Peskov bu açıqlamanı Moskvanın Hörmüz boğazındakı vəziyyətdən sonra tərəfdaşlara yeni istehsal qərarları təklif edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq verib.
Onun sözlərinə görə, Rusiya hazırda neft ixracını davam etdirir və qlobal enerji bazarında tələbatın artdığı, tədarükün isə məhdudlaşdığı şəraitdə qiymətlərin sabitləşməsinə töhfə verir.
Peskov qeyd edib ki, “hazırda gündəmdə başqa təşəbbüs yoxdur”.
Xatırladılıb ki, son günlər qlobal enerji bazarlarında gərginlik fonunda “Brent” markalı neftin qiyməti 9 faizdən çox artıb.