Operativ Məlumat Mərkəzi

Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötüb

1 dəq
Paylaş:
Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötüb
“Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur”. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Ukrayna prezidentinin...

“Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

“Bizim qızıl-valyuta ehtiyatlarımız son 10 ildə tarixi maksimumdadır - 30 milyard dolları ötür. Bu vəsait Ukraynaya 5 aydan artıq idxalı ödəməyə kifayət edəcək”-deyə, o bildirib.

Bundan əvvəl Ukrayna Milli Bankı məlumat vermişdi ki, bu ilin fevralında ölkənin beynəlxalq ehtiyatları əvvəlki ayla müqayisədə 3,5% azalaraq 28,86 milyard dollar təşkil edib. Bu, onun ölkənin valyuta bazarında tələb və təklif arasındakı fərqi ödəmək üçün xarici valyutanın satışına müdaxiləsi ilə bağlı baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər