ABŞ Çinin Tayvan yaxınlığındakı təlimlərini diqqətlə izlədiyini bildirib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir.
Səfirlik kimi fəaliyyət göstərən Amerika İnstitutunun Tayvandakı nümayəndəsi ABŞ-ın bölgədə sülh və sabitliyi təmin etmək üçün kifayət qədər resurs və imkanlara malik olduğunu bildirib.
Qeyd olunub ki, ABŞ-ın Çinlə əlaqə kanalları açıq qalır və Birləşmiş Ştatlar ardıcıl olaraq təmkinli olmağa və status-kvonun dəyişməz qalmasına çağırır.