Ukrayna Ali Radası Yuri Soloda, Natali Korolevskaya və Oleq Voloşinin deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Ukraina online”yə istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak bildirib.
Qeyd edək ki, fevralın 23-də xalq deputatı Aleksandr Truxin istefa verib və Ali Rada A.Truxinin istefasını qəbul edib.
Onun istefa səbəbi hələ məlum deyil. A.Truxin 2019-cu ildən Ukrayna Ali Radasının deputat olub.