Ukraynada 2024-cü il martın 31-i keçiriləcək Prezident seçkiləri üçün hazırlıqlara başlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna parlamentinin (Rada) üzvü Aleksey Qonçarenko “Espreso” telekanalına açıqlamasında qeyd edib.
Qonçarenko gələn il Rusiyada prezident seçkilərinin keçiriləcəyini xatırladaraq, "Vladimir Putin gələn martda keçiriləcək seçkilərə hazırlaşır. Zelenski də analoji addımı atmaq və öz legitimliyini itirməmək istəyir", - deyə bildirib.