Operativ Məlumat Mərkəzi

Ukraynada nazirliklərin sayını azaltmaq planlaşdırırlar

1 dəq
Paylaş:
Ukraynada nazirliklərin sayını azaltmaq planlaşdırırlar
Ukraynadakı nazirliklərin sayının üçdə bir azaldılması planlaşdırılır. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə ölkənin baş nazir...

Ukraynadakı nazirliklərin sayının üçdə bir azaldılması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə ölkənin baş nazir Denis Şmiqal bildirib.

Onun sözlərinə görə, dövlət qulluqçularının sayı da azalacaq

"Nazirliklərin sayını üçdə bir azaltmaq,dövlət qulluqçularının sayını azaltmaq istəyirik. Biz artıq bunu etməyə başlamışıq, ilin əvvəlindən dövlət qulluğunda 20 min vakansiya azalıb", - deyə baş nazir mətbuat konfransında bildirib.

Hazırda Ukraynada 19 nazirlik var. Nazirlər Kabinetinə Baş nazirin 5 müavini, eyni zamanda nazirliklərə rəhbərlik edən 16 nazir daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər