"Rusiya və ABŞ müxtəlif kanallar vasitəsilə təmaslarını davam etdirirlər, lakin Ukraynada mümkün nizamlanmanın qısa müddət ərzində əldə olunmasına ehtiyac yoxdur".
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istiandən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Biz müxtəlif kanallar vasitəsilə amerikalılarla təmaslarımızı davam etdiririk. Bu mövzu o qədər mürəkkəbdir ki. Məsələ Ukrayna böhranının həlli ilə bağlıdır ki. Əlbəttə ki, hər hansı ciddi vaxt çərçivələri təyin etməyə və mümkün həlli qısa zaman çərçivəsinə sığdırmağa çalışmaq yəqin ki, dəyməz. Ancaq Ukrayna böhranının həlli üçün iş həqiqətən də gedir", - o bildirib.