Operativ Məlumat Mərkəzi

Ukrayna və Rusiya Kurskda əsir düşmüş hərbçilərlə bağlı danışıqlara başlayıblar

2 dəq
Paylaş:
Ukrayna və Rusiya Kurskda əsir düşmüş hərbçilərlə bağlı danışıqlara başlayıblar
bu barədə ABŞ mətbuatı xəbər yayıb. Ukrayna hərbi kəşfiyyatı məlumatı təsdiq edib. Bununla belə, Kursk vilayətinə daxil olarkən Ukrayna Silahlı Qüvvələri...

Ukrayna və Rusiya nümayəndələri Kursk vilayətində əsir düşmüş hərbçilərin mübadiləsinə dair danışıqlara başlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı xəbər yayıb.

Ukrayna hərbi kəşfiyyatı məlumatı təsdiq edib.

Bununla belə, Kursk vilayətinə daxil olarkən Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən rusiyalı hərbçilərin dəqiq sayı açıqlanmır.

Nəşr yazıb ki, ölkələr arasında danışıqlar Kursk vilayətində 10 gün davam edən şiddətli döyüşlərdən sonra başlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə bildirib ki, avqustun 14-də xüsusi təyinatlılar Kursk vilayətində 102 rus əsgərini əsir götürüb. Onların arasında Rusiya Silahlı Qüvvələrinin 488-ci qvardiya motoatıcı alayının və “Axmat” bölməsinin hərbçiləri də var. Tərəflər arasında sonuncu əsir mübadiləsi iyulun 18-də baş tutub. Ukrayna əsirlikdə olan 95 rus hərbçisini, Rusiya isə 95 ukraynalı hərbçini geri qaytarıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər