Əsas məzmuna keç

Ukrayna müharibəsi rəqəmlərlə: Maliyyə və hərbi dəstək

Ukrayna müharibəsi rəqəmlərlə: Maliyyə və hərbi dəstək

Rusiya-Ukrayna müharibəsinin dördüncü ilində döyüş meydanındakı itkilərlə yanaşı, tərəflərin iqtisadi dözümlülüyü və hərbi yardımların həcmi həlledici amilə çevrilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ildir ki, davam edir. Bu münaqişə yalnız insan itkiləri və ərazi dəyişiklikləri ilə deyil, həm də nəhəng maliyyə rəqəmləri ilə ölçülür. Hazırda tərəflərin iqtisadi və sənaye potensialı müharibənin müddətini müəyyən edən əsas faktorlardan biridir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2022-ci ilin fevralından bəri Qərb müttəfiqləri Ukraynaya ümumilikdə 400 milyard ABŞ dollarından çox hərbi, maliyyə və vəd ediblər.

Müharibənin başlamasından qısa müddət sonra Qərb ölkələri Rusiyanın mərkəzi bankına məxsus təxminən 280 milyard dollar dəyərində aktivi dondurub.

G7 ölkələri bu vəsaitlərin özünü müsadirə etməsə də, onlardan əldə olunan mənfəəti üçün 50 milyard dollarlıq kredit paketi kimi istifadə etmək barədə razılığa gəliblər.

Eyni zamanda, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar genişlənməkdə davam edir. Artıq 19-cu sanksiya paketi qəbul edilib və 20-ci paket müzakirə olunur. Bu məhdudiyyətlər Rusiyanın ixracına və texnologiya idxalına ciddi təsir göstərir.

Müharibə hər iki ölkənin büdcəsinə ağır yük salır:

  • Ukrayna: ÜDM-in 25-30%-ni təşkil edir. Mülki büdcənin böyük hissəsi xarici yardımlar hesabına maliyyələşir.
  • : Hərbi və təhlükəsizlik xərcləri federal büdcənin üçdə birini tutur ki, bu da ÜDM-in təxminən 6-8%-nə bərabərdir.

Tədarük edilən əsas silah sistemləri

Müharibənin gedişində Ukraynaya verilən silahların növü əhəmiyyətli dərəcədə dəyişib. İlkin mərhələdə tank əleyhinə "Javelin" və "NLAW" sistemləri üstünlük təşkil edirdisə, hazırda Ukrayna ordusu "Patriot" hava hücumundan müdafiə sistemləri, "HIMARS" raket kompleksləri, "Leopard 2" və "Abrams" tankları, həmçinin "F-16" qırıcıları ilə təchiz olunub.

Ukraynanın yenidən qurulması üçün lazım olan vəsaitin isə 400 milyard dollardan çox olacağı təxmin edilir. Müharibə beşinci ilinə qədəm qoyarkən əsas sual budur: Hansı tərəf bu nəhəng xərclərə daha uzun müddət tab gətirə biləcək?

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…