Ukrayna Moskva və Sevastopol şəhərlərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb”, - nazirliyin bəyanatında deyilir.
Açıqlamada Moskva istiqamətində uçan 2 PUA-nın Kaluqa vilayətində Maloyaroslavski və Moskva vilayətində Odintsovo üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edildiyi bildirilib