Əsas məzmuna keç

”Ukrayna hökumətinə aid məlumatların təhlükəsiz yerdə saxlanması da dayandırılır”

”Ukrayna hökumətinə aid məlumatların təhlükəsiz yerdə saxlanması da dayandırılır”

Polşa, ölkə prezidenti Karol Navrotskinin ukraynalılara yardımı uzatmaqla bağlı qanuna veto qoyması səbəbilə, Kiyev üçün Starlink peyk internetinin...

, ölkə prezidenti Karol Navrotskinin ukraynalılara uzatmaqla bağlı qanuna veto qoyması səbəbilə, Kiyev üçün peyk internetinin haqqını bilməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu qərarın nəticələri barədə Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski “X” hesabında paylaşım edib.

“Bu, Polşanın müharibə aparan Ukraynaya təqdim etdiyi “Starlink”in sonudur. Bundan əlavə, hökumətinə aid məlumatların təhlükəsiz yerdə saxlanması da dayandırılır”, – o bildirib.

Nazir, yeni Polşa prezidentini siyasi mübarizə naminə hökumətə kor-koranə hücum etməyi dayandırmağa çağırıb.

Xatırladaq ki, Karol Navrotski bundan əvvəl Ukraynalı qaçqınlara pulsuz tibbi yardım və sosial təminat verilməsini nəzərdə tutan qanunu da vetolamışdı. Onun sözlərinə görə, üç ildən çox davam edən Ukrayna münaqişəsi fonunda “vəziyyət köklü şəkildə dəyişib”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…