Operativ Məlumat Mərkəzi

Ukrayna hərbçiləri son sutkada Baxmutda 1700 metr irəliləyib

2 dəq
Paylaş:
Ukrayna hərbçiləri son sutkada Baxmutda 1700 metr irəliləyib
bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri şəxsi heyət və sursat...

“Biz bu gün Donetsk vilayətinin Baxmut şəhərində 1700 metr irəliləmişik”.

"Operativ Məlumat Mərkəzi-OMM" “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri şəxsi heyət və sursat baxımından qarşı tərəfdən üstün deyil:

“Amma cinahlarla irəliləməyə davam edirik. Baxmut hərbi əməliyyatların episentri olaraq qalır”.

S.Çerevatının sözlərinə görə, Rusiya Silahlı Qüvvələri gün ərzində Baxmut istiqamətində 77 dəfə artilleriya, 6 dəfə isə təyyarə ilə zərbələr endirib:

“Döyüşlərdə qarşı tərəfin 130 hərbçisi məhv edilib, 145-i yaralanıb, 4-ü isə əsir götürülüb”.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya Baxmutda təşəbbüsü itirib.

Qeyd edək ki, 8 aydır Baxmutda gərgin döyüşlər gedir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər