Operativ Məlumat Mərkəzi

Ukrayna bir gündə milyard rubldan çox Amerika silahını itirdi

1 dəq
Paylaş:
Ukrayna bir gündə milyard rubldan çox Amerika silahını itirdi
{"az":"bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya qüvvələri hər birinin ixrac dəyəri ən azı 4,7 milyon dollar olan iki MLRS...","en":"","ru":""}

Ukrayna Silahlı Qüvvələri bir gündə bir milyard rubl dəyərində Amerika silahlarını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri hər birinin ixrac dəyəri ən azı 4,7 milyon dollar olan iki MLRS buraxılış qurğusunu, həmçinin 6 milyon dollar dəyərində dörd ATACMS raketini ( hər biri 1,5 milyon dollar ) məhv edib.

Buna görə də Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş silahlarının dəyəri ən azı bir milyard 296 milyon rubl olub.

Rusiya əsgərləri həmçinin Amerikanın M113 zirehli transportyorunu və bir neçə elektron döyüş məntəqəsini məhv ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər