Operativ Məlumat Mərkəzi

Ukrayna 500-ə yaxın hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib

1 dəq
Paylaş:
Ukrayna 500-ə yaxın hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib

Ukrayna Rusiyanın təcavüzünü dəstəklədiklərinə görə daha 291 hüquqi və 191 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı fərman imzalayıb.

Sənədə əsasən, Rusiya, Gürcüstan, Qazaxıstan, Kipr və Belarusdan olan 291 müəssisə, təşkilat, quruma qarşı 5-10 il müddətinə sanksiyalar tətbiq edilib. Sanksiyalar tətbiq olunan şirkətlər arasında Gürcüstanın hava yolu şirkəti "Georgian Airways"də var.

Qeyd edək ki, "Georgian Airways" Rusiya Federasiyası ilə əlaqəni iyunun 15-dən bərpa edib.

Fiziki şəxslərin siyahısında əsasən Rusiya Federasiyasının vətəndaşları olsa da, lakin Belarus və Gürcüstan vətəndaşları da var.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər