"National Geographic" jurnalı 135 illik çap macərasına son qoyacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, elm, kəşfiyyat və araşdırma jurnalı “National Geographic” maliyyə vəziyyətinə görə nəşrini sonlandırır.
Şirkətin sözçüsü açıqlamasında bildirib ki, "National Geographic" rəqəmsal məhsullara diqqət yetirəcək və qəzet köşklərində yalnız xüsusi nəşrlər satılacaq.