Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ukraynalı idmançı Qış Olimpiya Oyunlarından kənarlaşdırıldı

2 dəq
Paylaş:
Ukraynalı idmançı Qış Olimpiya Oyunlarından kənarlaşdırıldı

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında yarışı üzrə mübarizə aparan ukraynalı idmançı ətrafında gərgin anlar yaşanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 27 yaşlı atlet Rusiya- müharibəsində həlak olan 24 həmvətənlisinin təsviri əks olunmuş xüsusi dəbilqə ilə yarışa qatıldığı üçün start xəttindən uzaqlaşdırılıb.

Olimpiya Komitəsi (BOK) Heraskeviçin bu addımını oyun meydanında siyasi mesajların verilməsini qadağan edən daxili nizamnamənin pozulması kimi qiymətləndirib.

Yarışın başlamasına cəmi bir neçə dəqiqə qalmış idmançıya yarışdan kənarlaşdırıldığı və akkreditasiyasının ləğv ediləcəyi bildirilib.

İlkin qərara rəğmən, BOK-un rəsmisi və İntizam Komissiyasının üzvü Kirsti Koventri məsələyə müdaxilə edib. Onun xahişi ilə Heraskeviçin etimadnaməsinin ləğvi qərarına yenidən baxılıb.

Nəticədə, idmançının Milano-Kortina Oyunlarında qalmasına icazə verilsə də, onun skelet yarışında iştirak hüququ bərpa olunmayıb.

Yarışdan kənarlaşdırılan Vladislav Heraskeviç qərarı kəskin tənqid edərək bildirib:

“Mən yarışdan kənarlaşdırıldım və Olimpiya anımı yaşamaq şansını itirdim. O idmançılar öldürülsə də, səsləri o qədər uca gəlir ki, BOK onlardan qorxur.”

Ukrayna komandası və Heraskeviçin hüquqi təmsilçiləri bu qərarla barışmayacaqlarını bəyan ediblər. Onlar kənarlaşdırma qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya şikayəti verməyə hazırlaşırlar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax