Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

2 dəq
Paylaş:
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

Avropa Komissiyası 90 milyard avro həcmində dəstək krediti çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün Ukraynaya 3,9 milyard avro məbləğində vəsaitin köçürülməsinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumat yayıb.

Qeyd olunub ki, 3,9 milyard avro Ukraynanın qabiliyyətinin gücləndirilməsinin əsas elementlərindən biri kimi nəzərdən keçirilən PUA-nın alınması üçün nəzərdə tutulmuş təxminən 6 milyard avro həcmindəki ilk tranş çərçivəsində birinci ödənişdir.

Bu ödəniş iyunun 25-də xüsusi makromaliyyə yardımı proqramı üzrə Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşın köçürülməsindən sonra həyata keçirilib. Avropa Komissiyasından bildirilib ki, dronların alınması üçün nəzərdə tutulan ilk tranşın qalan hissəsi yaxın günlərdə tərəfinin müraciətlərinə uyğun olaraq köçürüləcək.

Brüsseldən həmçinin qeyd olunub ki, sonrakı yalnız PUA-nın deyil, həm də döyüş sursatlarının, raketlərin və hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldiləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax