Operativ Məlumat Mərkəzi

Ukrayna xarici kreditlər üçün vergilərin artırılmasına razılıq verib

2 dəq
Paylaş:
Ukrayna xarici kreditlər üçün vergilərin artırılmasına razılıq verib
bu barədə yanvarın 15-də Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Culi Kozak məlumat verib.BVF rəsmisinin sözlərinə görə, 2026-cı il üçün...

Ukrayna hökuməti xarici kreditlərin cəlb edilməsi məqsədilə vergilərin artırılması təklifi ilə razılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yanvarın 15-də Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Culi Kozak məlumat verib.

BVF rəsmisinin sözlərinə görə, 2026-cı il üçün proqram tələblərinə uyğun dövlət büdcəsi qəbul edildikdən sonra növbəti əsas addım vergi bazasının genişləndirilməsi olacaq.

Bu çərçivədə rəqəmsal platformalar vasitəsilə əldə olunan gəlirlərin vergiyə cəlb edilməsini nəzərdə tutan qanunvericiliyin qəbul edilməsi planlaşdırılır.

Kozak bildirib ki, vergi bazasının genişləndirilməsi eyni zamanda istehlak malları üzrə gömrük boşluqlarının aradan qaldırılması və əlavə dəyər vergisi (ƏDV) üzrə mövcud güzəştlərin ləğvi hesabına həyata keçiriləcək. Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin bu addımları islahatların davam etdirilməsi və ölkənin maliyyə resurslarına çıxışının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.

Qeyd edək ki, yanvarın 13-də Ukrayna BVF qarşısında növbəti borc öhdəliyini yerinə yetirməyib. Ödənişin son müddəti yanvarın 12-si Moskva vaxtı ilə saat 08:00-da başa çatıb. Həmin vaxta qədər Kiyev fonda borcun bir hissəsinin ödənilməsi üçün 125,74 milyon xüsusi borcalma hüququ (SDR) köçürməli idi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər