Filippində baş verən zəlzələdən sonra Yaponiya hökuməti ölkənin cənub sahillərindəki 10 prefekturanın sakinləri üçün təxliyə elan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiyanın Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
Ümumilikdə 95 min ev təsərrüfatı və 180 mindən çox insan təxliyə olunmalıdır.
Kanto regionu, İdzu və Oqasavara adaları, Tokay regionu, Vakayama, Koti prefekturaları və digər ərazilər üçün sunami xəbərdarlığı elan edilib.
Qeyd edək ki, Filippinin cənubunda baş verən 7,8 maqnitudalı zəlzələ nəticəsində ən azı 12 nəfər həlak olub.