Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Uqanda Eboladan qurtulmağa yaxınlaşır

2 dəq
Paylaş:
Uqanda Eboladan qurtulmağa yaxınlaşır

Uqandada Ebola virusu ilə mübarizədə mühüm mərhələ başlanıb. Ölkədə virusa yoluxmuş sonuncu pasiyentin xəstəxanadan buraxılması "Eboladan azad" statusuna gedən prosesin başlanğıcı hesab olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hökumətinin məlumatına görə, sonuncu xəstə cümə axşamı günü Kampaladakı "Mulago National Referral Hospital"dan evə buraxılacaq.

Ümumdünya Təşkilatının qaydalarına əsasən, bundan sonra ölkədə yeni yoluxma qeydə alınmadığı təqdirdə 42 geri sayım başlayacaq. Bu müddət başa çatdıqdan sonra Uqanda rəsmi olaraq "Eboladan azad" elan edilə bilər.

Hökumət rəsmisi Alan Kasujja bildirib ki, növbəti 42 gün ərzində yeni yoluxma aşkarlanmasa, ölkə üzərində qələbə qazanmış hesab olunacaq.

Qeyd edək ki, Uqandada indiyədək 20 Ebola yoluxması təsdiqlənib. Onlardan 15-i xaricdən gətirilən, 5-i isə yerli yoluxma halları olub. Ümumilikdə 17 nəfər sağalıb, 2 nəfər isə həyatını itirib. Bütün yoluxmalar "Bundibugyo" adlı nadir Ebola ilə əlaqələndirilir.

ÜST protokollarına görə, 42 günlük müşahidə müddəti virusun maksimum inkubasiya dövrünün iki mislini əhatə edir və gizli yoluxmaların aşkarlanması üçün tətbiq olunur.

Bununla yanaşı, qonşu Demokratik Konqo Respublikasında Ebola təhlükəsi davam edir. Ölkədə 2000-dən çox yoluxma və 754 ölüm halının qeydə alındığı bildirilir. ÜST bu epidemiyanı tarixdəki ən ağır üçüncü Ebola böhranlarından biri kimi qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax