Operativ Məlumat Mərkəzi

Ucarda içərisində 17 ədəd soyuducu olan ərzaq mağazası yanıb

1 dəq
Paylaş:
Ucarda içərisində 17 ədəd soyuducu olan ərzaq mağazası yanıb
Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 m² olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd...

Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 m² olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yüksək temperaturdan mağazanın qarşısında dayanan “ГА3” markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib.

Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər