Böyük Britaniyanın “UKMTO” (United Kingdom Maritime Trade Operations) təşkilatının yaydığı məlumata görə, Hörmüz boğazında insident baş verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, boğazdan tranzit keçən iki tanker naməlum pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Rəsmi açıqlamaya görə, hücum nəticəsində tankerlərə cüzi ziyan dəyib.
İnsident zamanı gəmilərdə olan heyət üzvlərindən heç biri xəsarət almayıb. Bildirilir ki, ekipaj üzvlərinin vəziyyəti təhlükəsizdir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
“UKMTO” bölgədə fəaliyyət göstərən digər gəmiləri ehtiyatlı olmağa və ətrafdakı vəziyyəti yaxından izləməyə çağırıb.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyır. Bu səbəbdən bölgədə baş verən bu cür insidentlər beynəlxalq dəniz nəqliyyatı üçün ciddi narahatlıq doğurur.