Rusiyada məhkəmə sosial media platformalarından biri olan "Twitch"i 1 milyon rubl (təxminən 12 min dollar) cərimələyib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məhkəmə Rusiyada qadağan olunmuş məzmuna "Twitch" vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 1 milyon rubl cərimələyib.
Bundan əvvəl də oxşar pozuntulara görə ölkədə "Twitch"ə müxtəlif cərimələr tətbiq edilib.