Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə 2027-ci ildə Ay missiyasına start verəcək

3 dəq
Paylaş:
Türkiyə 2027-ci ildə Ay missiyasına start verəcək

Türkiyə kosmik proqram çərçivəsində Ay missiyasını həyata keçirməyə hazırlaşır. Türkiyənin sənaye və naziri bildirib ki, ölkənin milli imkanlarla hazırladığı Ay vasitəsinin 2027-ci ilin ilk aylarında kosmosa göndərilməsi planlaşdırılır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, nazir bu barədə Afyonkarahisarda keçirilən 28-ci “TÜBİTAK” Göy Üzü Müşahidə Tədbirində çıxışı zamanı danışıb. Kacırın sözlərinə görə, kosmos və kosmik texnologiyalar Türkiyənin “Milli Texnologiya Həmləsi” çərçivəsində strateji əhəmiyyət daşıyan əsas istiqamətlərdən biridir.

Mehmet Fatih Kacır bildirib ki, Türkiyənin mühəndis və alimləri hibrid yanacaq sisteminə malik Ay vasitəsi üzərində iş aparırlar. Onun sözlərinə görə, vasitənin hazırlanması və sınaqları ilə bağlı işlər plan üzrə davam edir və missiyanın 2027-ci ilin əvvəlində həyata keçirilməsi nəzərdə tutulur.

Nazir bu layihəni Türkiyənin kosmik texnologiyalar sahəsində mühüm mərhələlərindən biri kimi qiymətləndirib. Ay missiyasının həyata keçirilməsi ölkənin dərin kosmos tədqiqatları və müstəqil kosmik imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Kacır Türkiyənin kosmosa müstəqil çıxış imkanlarının yaradılmasının əsas strateji hədəflərdən biri olduğunu bildirib. Bu istiqamətdə “ROKETSAN”, “TÜBİTAK SAGE” və “Delta V” kimi qurum və şirkətlərin müxtəlif layihələr üzərində çalışdığı qeyd edilib.

Türkiyə həmçinin öz raketləri vasitəsilə milli peyklərini kosmosa göndərmək üçün texnoloji imkanlarını inkişaf etdirir. Ölkənin kosmik proqramında buraxılış infrastrukturu və raket texnologiyalarının yerli imkanlarla yaradılması xüsusi yer tutur.

Türkiyə kosmosa müstəqil çıxış imkanlarını artırmaq məqsədilə Somalidə layihəsi üzərində də işləyir. Layihənin həyata keçirilməsi ilə Türkiyənin gələcəkdə öz kosmik vasitələrini milli infrastrukturu vasitəsilə kosmosa göndərmək imkanlarını genişləndirməsi planlaşdırılır.

Bununla yanaşı, Ankara kosmik stansiyalarda texnoloji komponentlərin istehsalı və kosmik tədqiqatlarda əməkdaşlığın genişləndirilməsində iştirak etməyi hədəfləyir.

Mehmet Fatih Kacır 2026-cı ildə Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini də xatırladıb. Türkiyənin ev sahibliyi edəcəyi “IAC 2026” çərçivəsində dünyanın müxtəlif ölkələrindən alimlərin, mühəndislərin, kosmik sənaye nümayəndələrinin və astronavtların bir araya gəlməsi gözlənilir.

Nazirin sözlərinə görə, tədbir çərçivəsində ilk dəfə “Antalya Bəyannaməsi”nin qəbul edilməsi planlaşdırılır. Bəyannamənin kosmosdan dinc məqsədlərlə istifadə, və beynəlxalq əməkdaşlıqla bağlı mesajları özündə birləşdirəcəyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax