Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə İrandan atılan ballistik raketi zərərsizləşdirdiyini açıqlayıb

1 dəq
Paylaş:
Türkiyə İrandan atılan ballistik raketi zərərsizləşdirdiyini açıqlayıb

İran tərəfindən atılan mərminin havada zərərsizləşdirilməsi barədə rəsmi məlumat yayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, qurumun "X" hesabında paylaşılan press-relizdə qeyd olunur ki, sözügedən raket İraq və Suriya hava məkanını keçərək Türkiyə istiqamətinə yönəlib.

"İran tərəfindən və Türkiyəyə doğru hərəkət edən ballistik mərmi Şərqi Aralıq dənizində yerləşdirilmiş "NATO" hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında aşkar edilərək məhv edilib".

Hadisə nəticəsində hər hansı xəsarət alanın olmadığı bildirilir.

Nazirlik Türkiyənin regional sabitlik və sülhün tərəfdarı olduğunu, lakin öz vətəndaşlarının və ərazisinin təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax