Əsas məzmuna keç

Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müqavilə imzalanıb

Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müqavilə imzalanıb

bu barədə SOCAR məlumat yayıb. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında”...

Bu gün Dövlət Neft (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında mayın 14-də imzalanmış “Təbii qaz sahəsində haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və qazının Azərbaycan və üçüncü vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.

Mərasimdə, həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında "Şahdəniz" yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.

Bildirilir ki, imzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak ediblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…